“Ziraat Bank (Azerbaijan)” ASC-nin Müşahidə Şurasının (MŞ) tərkibi tam şəkildə yenilənib.
İndiyə qədər MŞ-ya rəhbərlik edən Ömer Baktırın yerinə Özdilek Peyami Ömer Sabri təyin edilib.
MŞ sədrinin müavini Bilgehan Kurunu isə Bakir Nurullah Ali Ulvi əvəz edib.
İndiyə qədər MŞ-nın üzvləri olmuş Ayçe Şule Gürleyik, Ali Taşdemir və Taha Çakmak da vəzifələrindən azad edilib və onların yerinə yalnız Pişmaf Ferhat Celal seçilib. Başqa sözlə, qurumun üzvlərinin sayı 5-dən 3-ə endirilib.
Xatırladaq ki, “Ziraat Bank (Azerbaijan)” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin “Ziraat Bank”ına, 0,01%-i “Ziraat Sıgorta” şirkətinə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.
Report