2 C
Baku
Saturday, December 14, 2024

IMF: Struktur islahatları sayəsində müəyyən işlər görülməlidir

“Azərbaycana səfərim zamanı ölkə rəsmiləri, Azərbaycan Prezidenti ilə görüşdüm. Bu, mənə ölkədə gedən prosesləri daha yaxşı anlamağa kömək edib”.

Bunu jurnalistlərə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

C.Azurun sözlərinə görə, Azərbaycana səfəri zamanı gələcək investisiyalar məsələsi də müzakirə edilib: “Bilirsiz ki, IMF Azərbaycanla iki formatda əməkdaşlıq edir. Birincisi iqtisadi siyasətə, ikincisi texniki yardıma bağlıdır. Azərbaycan tərəfi hansısa yardım üçün müraciət etməyib. Hələ ki, biz də yardım etməyi nəzərə tutmamışıq”.

“AMB, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Nazirliyi ilə keçirilən görüşlərdə Azərbaycan Beynəxalq Bankı və digər bankların restrukturizasiyası ilə bağlı məsələni də müzakirə etdik”, – deyə IMF rəsmisi bildirib.

C.Azurun fikrincə, bankların restrukturizasiyası ilə bağlı hökumətin atdığı addımlar bank sektoruna inamı artıracaq və investisiya cəlbinə şərait yaradacaq: “Milli valyutanın məzənnəsinin hansı səviyyədə olub-olmaması ildə bağı bizə konkret mövqe yoxdur. Çün­ki Mərkəzi Bank manatı çevik məzənnə rejimində buraxıb və biz bunu dəstəkləyirik. İqtisadiyyatı bərpa etmək istəyirsizsə, bank sektorunda restrukturizasiya aparılmalıdır. Həmçinin, struktur islahatları sayəsində müəyyən işlər görülməlidir”.

Son xəbərlər
Digər xəbərlər