12 C
Baku
Wednesday, December 11, 2024

Kapitalizasiya

0

Have a Question?

Kapitalizasiya anlayışı iki mənaya sahibdir. İlk olaraq, mühasibatlıq nöqteyi-nəzərində kapitalizasiya – şirkətin gəlirinin nizamnamə kapitalını artırdığı prosesdir. Bunun üçün şirkətin səhmdarları iclasının müvafiq qərarı tələb olunur.

İkincisi, bazar kapitalizasiyası deyilən anlayış mövcuddur ki, bu da şirkətin bütöv bazar dəyərini ifadə edir və şirkət tərəfindən buraxılmış səhmlərin cari bazar qiyməti ilə dəyərlərinin cəminə bərabərdir.

Bazar kapitalizasiyasının qiymətləndirilməsi belə bir nəzəriyyəyə əsaslanır ki, azad bazar ümumilikdə şirkətin qiymətinə təsir edən bütün amilləri nəzərə almağa qadirdir. Məhz birja hərracları nəticəsində və yalnızca onlar sayəsində şirkətin əsl dəyərini təyin etmək mümkündür.

Şirkətin kapitalizasiya həcmini təyin etmək üçün buraxılmış adi səhmlərin sayını birja qiymətinə vurmaq lazımdır. Şirkətin kapitalizasiyasını hesablamaq üçün bu düsturdan istifadə olunur:

MC=N*P

MC-Bazar kapitalizasiyası,

N-səhmlərin sayı,

P-səhm vahidinin qiyməti.

Tutaq ki, hər hansı bir şirkətin 4 milyon səhmə sahibdir və onlardan hər birinin qiyməti 20 manatdır. O zaman MC=80 milyon manat olar. Deməli, şirkətin bazar kapitalizasiyası 80 milyon dollar təşkil edir.

Kapitalizasiya anlayışı yalnızca ayrı-ayrı şirkətlər üçün deyil, bütün bir sahə, hətta ümumilikdə ölkənin bütün şirkətləri üçün də mövcuddur.