10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvan MR-nın iqtisadiyatında artım qeydə alınıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 985 mln 236 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub.

Banker.az-ın Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 2 157,3 manat olub.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 441 mln 725 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur.

Son xəbərlər
Digər xəbərlər