14 C
Baku
Sunday, November 24, 2024

Oktyabr 1-dən pensiya kapitalının məbləği artacaq [bloq]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən 01.10.2019-ci il tarixdən əmək pensiyasının minimum  məbləği 25 faiz artacaq. İndiki halda əgər 160 manatdırsa, oktyabr ayının 1-dən 200 manat olacaq. Belə olan halda, əmək pensiyasına çıxmaq üçün nəzərdə tutulan pensiya kapitalının da məbləği artacaq. İndiki halda əgər bu məbləğ 23 040 manatdırsa oktyabrın 1-dən pensiya çıxmaq istəyən şəxslərin hesabında 28 800 manat pensiya kapitalı olmalıdır ki, onlar pensiya kapitalı ilə əmək pensiyasına çıxa bilsinlər.

Yəni minimum əmək pensiya məbləği artıqca, yığılmış pensiya kapitalı ilə əmək pensiyasına çıxmaq istəyən şəxslərində pensiya kapitalı artmalıdır. Hazırda əmək pensiyasına çıxmağın 3 forması mövcuddur. 25 il sığorta stajı bu olmadıqda 2006-01.07.2018-cı ilə kimi məbləğdən aslı olmayaraq məcburi sığorta ödənişi və pensiya kapitalı. Sadalananların 1-i olduqda əmək pensiyasına çıxmaq olar.

Rauf Qarayev,
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər