3 C
Baku
Saturday, December 14, 2024

Market order nədir?

0

Have a Question?

İnvestisiyaların ən yaxşı qiymətə dərhal alınması və ya satılması üçün investorun orderidir. Bazar əmri dərhal icra edilə bilər, çünki əmrin həyata keçirilə biləcəyi alış-satış, qiymət və şərtlərə məhdudiyyət qoyulmur. Bazar əmri “unrestricted order” (məhdudiyyətsiz) adlandırılır.

Market order termininin izahı

Bazar orderi demək olar ki, dərhal icraya zəmanət verir və böyük komissiyalar tələb etmirlər. Brokerlər onu icra etmək üçün minimum səy göstərirlər. Lakin bazar əmrlərindən ehtiyatla istifadə etmək lazımdır: belə şəraitdə istənilən qiymət cari bazar qiymətindən çox yüksək ola bilər. Başqa sözlə desək, düşündüyünüzdən daha çox pul ödəməli olacaqsınız. Buna görə də bazar orderindən böyük ticarət həcminə malik olan bazarlarda istifadə etməyiniz daha məqsədəuyğun olar.