26.02.2020
”AccessBank” Büdcəyə nəzarət üzrə mütəxəssis vakansiyası üzrə işçi axtarır.
Öhdəliklər
- Xərclər baxımından büdcə və nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, gəlirlər və xərclər üzrə büdcənin mərkəzləşdirilməsi
- Departamentlər və ya bütün şirkət üzrə fayda-xərc nisbətinin analizi
- Rəhbərlik tərəfindən tələb olunan illik büdcə planlaması üzrə simulyasiya və modellərin hazırlanması;
- Büdcə üzrə uyğunluqla əlaqəli xərclər və yatırımların daim izlənməsi;
- Yeni və ya əlavə xərclərin, yatırımların büdcə səviyyəsində təsdiq olunması;
- Şirkətin razılaşdırılmış vəsait daxil olmalarının strateji planlama və qiymətləndirmə üzərindən nağd vəsait dövriyyəsinin idarə olunması;
- Dövrü büdcə və maliyyə hesabatlarının hazırlanması;
Tələblər
- Mühasibatlıq, Maliyyə və ya müvafiq sahələrdə bakalavr diplomu;
- İdarəetmə/Xərclərə nəzarət və ya Maliyyə analizi sahəsində minimum 3 il iş təcrübəsi;
- Bank sahəsində büdcə nəzarəti üzrə təcrübə;
- Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər;
- Excel proqramını yüksək səviyyədə bilmək;
- Təyin olunmuş hədəflər və onlara vaxtında çatmaq üçün öhdəliklərin yaradılması, planlaşdırılması və icrasına nəzarət etmək;
- Analitik düşünmə qabiliyyəti və detallara diqqətcil olmaq;
- Komanda şəklində işləmək bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
Maraqlanan namizədlər CV-lərini 08.03.2020 tarixinədək [email protected] elektron poçtuna göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |