9 C
Baku
Thursday, December 12, 2024

İnsan Resursları Biznes Tərəfdaş – Veysəloğlu Şirkətlər Qrupu

0
İnsan Resursları Biznes Tərəfdaş – Veysəloğlu Şirkətlər Qrupu
Bakı
19.03.2020

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İnsan Resursları Biznes Tərəfdaş

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil (MBA təhsili üstünlükdür)
Yaş həddi: 23-35 yaş

İşin təsviri: İşə qəbul və işəgötürən-işçi münasibətlərinin tənzimlənməsi.

Vəzifə öhdəlikləri:

– İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
– Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
– Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
– Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
– Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət edilməsi;
– İşə qəbul hesabatlarının hazırlanması;
– HR strategiyalarının və prosedurların şirkət personalına təbliği və tam anlaşılmasının təmini (Struktur dəyişikliyi, hüquqi, təhlükəsizlik və sair);
– İşçilərin karyerası haqqında suallarının cavablandırılması (Karyera yüksəlişi, şirkətin HR siyasəti, şikayətlər, ödənişlər);
– Şirkətin təşkil etdiyi fəaliyyətlərin və pozitiv iş mühitinin təmin olunması üçün təşkil olunan mükafat və təltifatların dəstəklənməsi;
– İşçilərin işə və iş şəraitinə münasibətlərinin və ya şirkətdə olan fərqliliklər haqqında anketlərin təşkil olunması;
– İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək və s.

Tələblər:

– İşə qəbul müsahibələrinin aparılması bacarığı;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– Performansın idarəedilməsi sahəsində biliklər;
– İş və iş yükü analizlərinin aparılması barədə məlumatlı olmaq;
– MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
– Bəy namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İnsan Resursları Biznes Tərəfdaş” yazıb göndərməklə müraciət edə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər