2 C
Baku
Saturday, December 14, 2024

Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin rəhbəri – PAŞA Sığorta

0
Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin rəhbəri – PAŞA Sığorta
Bakı
18.05.2020

PAŞA Sığorta” ASC namizədləri Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
• Şöbənin işçiləri arasında iş bölgüsü aparır və onların icrasına nəzarət etmək;
• Şirkət daxilində icra olunan prosedurlar üzrə məlumatları toplamaq;
• Proseslər üzrə müvafiq blok-sxemlər təhlil etmək və departamentin direktoruna təkliflər vermək;
• PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
• Şirkət daxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
• Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələblərin formalaşdırılmasına nəzarət etmək;
• Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
• Şirkətin bütün satış kanallarında vaxtaşırı xronometrajları təşkil etmək;
• Hazırlanmış yeni biznes proseslərin Şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;
• Yeni funksional üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib edilməsini təşkil etmək;
• İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını departament rəhbərinə təqdim etmək;
• Proseslər üzrə struktur bölmələrdən daxil olan müraciətləri cavablandırmaq;
• Müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;
• Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək.

BİLİKLƏR

• Ali təhsil;
• Dil bilikləri Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
• Kompyuter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır;

TƏCRÜBƏ

• Biznes proseslər sahəsində minimum 5 il iş təcrübəsi;

BACARIQLAR

• Güclü kommunikasıya bacarığı.
• Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.

Son müraciət tarixi: 15 iyun, 2020-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta