7 C
Baku
Sunday, December 15, 2024

Planlama üzrə aparıcı mütəxəssis – Avromak MMC

0
Planlama üzrə aparıcı mütəxəssis – Avromak MMC
Bakı
22.07.2020

AVROMAK MMC “Planlama üzrə aparıcı mütəxəssis” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Cinsi: Kişi
• Müvafiq sahədə ali təhsil;
• Analitik,yaradıcılıq,təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
• Müşahidə aparmaq və faktların müəyyən ediməsi bacarığı;
• Qida sahəsində 2 ildən az olmayaraq iş stajı;
• Dil bilikləri: İngilis dili – yaxşı, Rus dili – yaxşı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Aylıq və həftəlik istehsal planı tərtib edib, istehsala verilmiş sifarişlərin ardıcıllıqla istehsal olunmasına nəzarət etmək;
• Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirmək, və gərəkli sifarişlərin sistem üzerində sifariş edilməsini təmin etmək;
• Xammal və material hissələrinin təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasını təmin etmək;
• Hazır məhsul, xammmal və material qalıqlarının yetərli olmasına nəzarət etmək;
• Istehsal vəziyyətinin , xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək;
• Planlamanın effektiv aparılması üçün təkliflər irəli sürmək;
• Şirkətin illik tələblərinin planlaşdırılması üçün ilkin məlumatları hazırlamaq;
• Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatları hazırlayıb təqdim etmək;
• Excell proqramını mükəmməl bilməlidir.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı razılaşma yolu ilə
• İcbari sığorta
• İş vaxtı: 9.00 – 17.00 (bazar ertəsi – şənbə)
• İstirahət günləri: bazar, bayram günləri

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Planlama üzrə aparıcı mütəxəsssis qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər