15 C
Baku
Saturday, October 5, 2024

SƏTƏM üzrə mütəxəssis – METAK

0
SƏTƏM üzrə mütəxəssis – METAK
Bakı
22.07.2020

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

METAK” şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının rezidentidir.

Biz bütün uğurlarımıza əməksevər və peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

SƏTƏM üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
• İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
• İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
• İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
• Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
• Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirilməsi.

Tələblər:

• Ali təhsil.
• Yaş həddi – 25-40.
• Dil bilikləri (Azərbaycan dili, Rus dili)
• MS office proqramlarını bilməli
• SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı.

İş şəraiti:

• 6 günlük iş qrafiki;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan

Maraqlananlar saytda https://www.metak.az/resume/resume.php?vid=87 onlayn-anketi dolduraraq və ya [email protected] ünvanına CV göndərərək 21.08.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər