Bakı şəhəri üzrə 07 dekabr 2021-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərracda 13 dövlət maşını satılıb.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə linkdən tanış olmaq mümkündür.
Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq kifayət qədər böyük olub və hərrac rəqabətli keçib. Belə ki, Vaz 21214 markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 3 500 manat olsa da, rəqabət nəticəsində son hərrac qiyməti 5 350 manata yüksəlib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi istehsal ili 2004-ci olan “Tofaş Şahin” markalı avtomobil olub. Hərracda bu nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 000 manat olmasına baxmayaraq, 3 300 manata sahibini tapıb.
Qeyd edilməlidir ki, 7 dekabr hərracında özəlləşdirilmiş əmlaklardan 48 590 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.