24 C
Baku
Thursday, September 19, 2024

Dünya liderlərinin istifadə etdiyi avtomobillər

Angela Merkel — Audi A8

Qiymət: 160 500 avro (Audi A8L W12 istehsal versiyası); sifarişlə zirehli versiyası yaradılıb

Dünyanın ən nüfuzlu qadınlarından biri alman kansleri iqtisadi, siyasi məsələlərlə yanaşı şəxsi həyatına da böyük diqqət ayıran bir şəxsiyyət kimi məşhurdur. Angela Merkel çoxotaqlı bir mənzildə yaşayır və bir çox tədbirlərdə eyni libas ilə görünməkdən də qətiyyən utanc hissi keçirmir. Onun istifadə etdiyi xidmət avtomobilinə gəldikdə isə o, onun üçün xüsusi hazırlanmış hər hansı limuzindən deyil, alman şirkəti Audi-nin bir avtomobilindən istifadə edir. Məlumdur ki, Audi A8L zirehli versiyası sərnişini istənilən güllə zərbəsindən qorumağa qadirdir. Bundan əlavə avtomobil daxildən də lüks formada düzəldilmişdir.

arab2

Fransua Olland — Citroen DS5

Qiymət: 40 200 avro (hibrid versiyası)

Fransa prezidenti xidmət avtomobili olaraq Citroen DS5-i seçib. Məhz bu avtomobillə 15 mayda o öz andiçmə mərasiminə gəlmişdi. O bu vəzifəyə keçdikdə limuzindən imtina etmişdi. O öz sürücülərinə yol hərəkəti qaydalarına riayət etməyi və işıqforun qırmızı işığında mütləq dayanmağı tapşırıb.

arab3

Giorgio Napolitano — Lancia Thema

Qiymət: 39 900 avro

İtaliya prezidenti italyan istehsalına sadiq qalaraq tünd-mavi rəngdə Lancia Thema avtomobilindən istifadə edir. İtaliya prezidentləri artıq neçə illərdir ki, Lancia markalı avtomobillərdən istifadə edirlər. Ölkə prezidentləri andiçmə mərasimlərinə Lancia Flaminia avtomobilləri ilə gəlirdilər.

ara4

Dilma Russeff — Rolls-Royce Silver Wraith, 1952-ci il buraxılışı

Braziliyanın ilk qadın prezidentinin qarajında iki xidmət avtomobili var. Vacib rəsmi səfərlər üçün o dəbdəbəli Rolls-Royce Silver Wraith avtomobilini, gündəlik səfərlər üçün isə o zirehli Ford Fusion Hybrid avtomobilini istifadə edir. Məhz 1952-ci il buraxılışlı Rolls-Royce Silver Wraith avtomobili ilə o öz and içmə mərasiminə gəlmişdi.

arab5

David Cameron — Jaguar XJ Sentinel

Qiymət: 110 000 dollar (baza versiyası), sifarişlə yaradılmış zirehli versiyası

Artıq bir neçə onillikdir ki, Böyük Britaniya baş nazirləri xidmət avtomobilləri qismində Jaguar avtomobillərindən istifadə edirlər. Bu ənənə Marqaret

Tetçer ilə başlanmışdır. Nazirlər Kabinetinin cari rəhbərinin də qarajında tünd-mavi rəngdə Jaguar XJ Sentinel avtomobili var.

arab6

Xi Jinping — FAW Hong Qi HQE

Qiymət: müxtəlif məlumatlara görə, 600 000 dollardan 1,2 milyon dollara qədər (dəqiq dəyəri açıqlanmır)

Yerli istehsala olan tələbatı artırmaq üçün Çin rəhbərliyi ölkədə qiyməti 28 500 dollardan baha xarici markalı avtomobillərin istifadəsi qadağan olunub. Ümumilikdə, Çin rəhbəri də ondan öncəki prezident kimi yerli avtomobildən istifadə edir.

arab7

Roma Papası XVI Benedikt— Renault Kangoo Maxi Z.E.

Qiymət: 15 600 avro (baza versiyası)

Katolik kilsəsinin və Vatikan hökumətinin rəhbəri XVI Benedikt üzərində “papamobil” adı yazılmış avtomobillərdən istifadə edirdi. Bu yaxınlarda Roma Papasının qarajında yeni ağ rəngli elektrikli Renault Kangoo Maxi Z.E avtomobili peyda oldu və o xidmət avtomobili qismində bu avtomobildən istifadə edir.

arab8

Esixiko Noda — Toyota Century

Yaponiya dünyada avtomobil istehsalı üzrə aparıcı ölkələrdən biridir və təəccüblü hal deyil ki, ölkənin baş naziri yerli istehsalın məhsulu olan avtomobillərdən istifadə edir. Esixiko Nodanın qarajında iki xidmət avtomobili var: bunlardan biri Toyota Century, digəri isə Lexus LS 600h L-dir.

arab9

Barak Obama — Cadillac One

ABŞ-ın hazır ki prezidenti Barak Obama xidmət avtomobili olaraq dəbdəbəli limuzin Cadillac One-dan istifadə edir. O öz xidmət avtomobilini “Təkərlər üzərində oval kabinet” adlandırır. Maşının texniki təhlükəsizlik xüsusiyyətləri olmasa da, Cadillac One elə bir dəmir zirehə malikdir ki, bunun sayəsində sərnişini əl bombalarının, qaz bombalarının təsirindən qorumaq mümkündür. Avtomobilin salonunda isə kiminləsə əlaqə yaratmaq üçün hər bir vasitə mövcuddur və hətta burada ehtiyat qan da saxlanılır.

arab10

Vladimir Putin — Mercedes Pullman

Qiymət: təxminən 1 milyon dollar

90-cı illərin ortalarında rusiyalı prezidentlər zirehli Mercedes Pullman avtomobillərinə üstünlük verirdilər. Putin də istisnalıq etmədi. Onun xidmət avtomobili Mercedes Pullman S600 Guard 6 metr uzunluğundadır və maşının zirehi sərnişini əl və qaz bombalarından müdafiə edir. Bu avtomobili də təkərlər üzərində rahat ofis adlandırmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər