“Merkuri” Bank Olmayan Kredit Təşkilatı daxili nəzarət vakansiyası üzrə iş təcrübəsi olan şəxsləri müsabiqəyə dəvət edir.
İş barədə məlumat
Vəzifə öhdəlikləri:
- Şirkətin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
- Şirkətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi;
- Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında şirkətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsi.
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Maliyyə ya audit sahəsində 2 il iş təcrübəsi;
- Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
- Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, və komandada işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Excel və 1C mühasibatlıq proqramında işləmək bacarağı;
- Ölkədaxili ezamiyyət etmək imkanı;
- Təşəbbüskarlıq;
Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə hazır cv formalarınızı “Daxili Nəzarət Mütəxəssisi” yazaraq [email protected] email ünvanına və yaxud 0502718432 Whatsapp nömrəsinə göndərə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |