Ağdam
05.12.2022
Əmək haqqı: 1212 AZN
Vakansiyanın təsviri
- Ölçmə vasitələrinin metroloji ekspertizadan keçirilməsinə nəzarət etmək;
- Metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarını qadağan etmək;
- Qaz sayğaclarının quraşdırılmasının, əvəzlənməsinin, birləşmələrinin plomblanmasının, aktlar tərtib edilməklə sənədləşməsinin “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı Qaydaları və “Qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı Qaydaları”nın tələblərinə uyğun yerinə yetirilməsini təmin etmək;
- Əhali, qeyri-əhali sektoru üzrə quraşdırılmış (əvəzlənmiş) sayğacların, plombların, tərtib edilmiş xüsusi nömrəli aktların “AGİS” proqramında müvafiq klasifikatorlar üzrə vaxtında və düzgün qeydiyyata almaq;
- İnsanların həyatına, sağlamlığına, əmlakına, istehlakçıların hüquq pozuntularına, ətraf mühitin təhlükəsizliyinə mənfi təsir göstərən hallarda,həmçinin ölçmə vasitələri metroloji qayda və normalara uyğun olmadığı halda ölçmə vasitələrinin istismardan çıxarılmasına nəzarət etmək;
- Quraşdırılması və istifadə olunması üçün anbardan təhvil alınmış sayğacların, plombların, xüsusi nömrəli aktların saxlanılmasına, qeydiyyata alınaraq istismara verilməsinə cavabdehlik daşımaq;
- Dövlət yoxlaması zamanı yararsız hesab edilən ölçü vasitələrinin, həmçinin plombların, xüsusi nömrəli aktların istismardan çıxarılması işini təşkil etmək;
- Ölçmə vasitələrinin, eləcə də ölçmə qovşaqlarının müqayisəli yoxlanılmasına və ölçmənin yerinə yetirilmə üsullarının düzgünlüyünə nəzarət etmək;
- Quraşdırılacaq və istifadəyə veriləcək ölçü vasitələrinin planlarını hazırlayır, təsdiq olunmasını təşkil etmək;
- Ölçmə metodikalarının mükəmməlləşdirilməsi və alınan nəticələrn düzgün hesablanması, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə metroloji qayda və normaların qanunauyğunluğuna nəzarət etmək;
- Sahə üzrə qeydiyyatda olan ölçmə vasitələrinin ümumi texniki uçotunu aparmaq, qaz sərfi ölçü cihazlarına təşkil edilmiş metroloji nəzarət sistemini həyata keçirmək, cihazların işlək və saz vəziyyətdə olmasına nəzarəti təşkil etmək;
- İstismarda olan ölçmə vasitələrinin müəyyən edilmiş müddət və qayda üzrə Dövlət yoxlamasından keçirilməsini təmin etmək;
- Ölçmə vasitələrinin vəziyyətinə və düzgün istifadə olunmasına nəzarət etmək;
- Ölçmə vasitələrinin quraşdırılması işlərinin layihə sənədləri əsasında aparılmasına, qüvvədə olan standartların, texniki şərtlərin düzgün tətbiq edilməsinə, əhali sektorunda, dövlət və özəl təşkilatlarda qaz sərfi cihazlarının istismara verilməsi zamanı standartlara və texniki şərtlərə riayət olunmasına nəzarət etmək;
- Ölçmə vasitələrinin tələbləri pozulduqda, yararsız ölçü vasitələrindən istifadə olunan hallarda müvafiq tədbirlərin görülməsi barədə təkliflər vermək;
- İşlərin yerinə yetirilməsi, avadanlıq və cihazların sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi texniki tədbirlərin görülməsində, texniki sənədlərin hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək;
- Təmirdən çıxmış qaz sərfi ölçü cihazlarının metroloji attestasiyası işlərini aparmaq;
- Qüvvədə olan standartların, texniki şərtlərin tətbiq edilməsinə nəzarət etmək;
- İstehsalat sanitariyası və yanğından mühafizəninin nоrma və qaydalarına riayət edilməsinə nəzarət etmək.
Xüsusi tələblər
- Ali bakalavr / Müvafiq sahə üzrə
- 2 İl / Müvafiq sahə üzrə iş təcrübəsi
- Microsoft Excel
- Microsoft Outlook
- Microsoft Word
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”.
- “Qaz təsərrüfatında texniki istismar qaydaları”;
- “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”;
- Qaz təsərrüfatı sahələrində müasir elektron ölçü vasitələri, ölçü qovşaqları və standartların tətbiqi qaydalarını;
- Texniki manometrlərin, qazanalizatorların istismarı, dövlət yoxlanmasına göndərilməsi və təhlükəsiz istifadə qaydalarını;
- Elekron korrektorlu sayğaclar, işləmə prinsipi və quraşdırılması qaydalarını;
- Sənaye abonentlərinin mənzillərində (evlərdə) və qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı qaydalarını.