16 C
Baku
Monday, September 30, 2024

Şöbə rəisinin müavini (Təchizat şöbəsi) – SOCAR

0
Şöbə rəisinin müavini (Təchizat şöbəsi) – SOCAR
09.01.2023

Vakansiyanın təsviri

  • SOCAR-ın idarə və müəssisələrində kompüter və təşkilati texnika,   rabitə və telekommunikasiya avadanlıqlarını, eləcə də onların ehtiyyat hissələrini və sərf materiallarının satınalınmasını, qüvvədə olan qanunvericiliyə müvafiq müqavilələrin hazırlanması və nəzarətdə saxlanılmasını təmin etmək;
  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət etmək;
  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
  • İllik tələbata uyğun olaraq lazım olan mal-materiallar üzrə struktur vahidlərindən göndərilmiş Təqdimatları ümumiləşdirilərək təhlil etmək və İdarənin Mərkəzi anbarı ilə üzləşdirmək;
  • Avadanlıq və mal-material ehtiyatlarının müvafiq sənədlərlə (daşınma üçün yol və ya vaqon qaimələri, gömrük sənədləri, istehsalçı tərəfindən verilmiş mənşə və keyfiyyət sertifikatı, zavod tərəfindən verilmiş qablaşdırılma sənədləri) və digər normativ sənədlərə uyğun əraziyə qəbul edilməsini təşkil və nəzarət etmək;
  • Xaricdən alınan malların Gömrükdən çıxarılması, daşınması və yerləşdirilməsini təşkil və nəzarət etmək;
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
  • İTRİ-nin struktur bölmələrini avadanlıq, alət, ehtiyyat hissələri, dəftərxana ləvazimatları və digər mal-materiallarla vaxtlı-vaxtında təchiz edilməsini təmin etmək;
  • Müəyyən olunmuş hesabat və alınmış maddi sərvətlər haqqında məlumatların (maddi texniki vəsaitlərin anbara mədaxili, buraxılışı və uçotu)
  • SAP ERP proqram sisteminin PP, PM, PS, SD və MM modullarına daxil edilməsini təmin etmək;
  • SAP PM modulunda əsas vəsaitlərin illik təmir planının işlənilməsini və təmir üçün lazım olan maddi texniki vəsaitlərə tələbatın SAP ERP proqram sistemində formalaşan plan tələbnamələrinə əsasən həyata keçirilməsini təmin etmək;
  • Maddi texniki vəsaitlər üzrə tələbatın plan ili üçün qabaqcadan (hər ilin oktyabr – noyabr ayları) planlaşdırılma metodikasına əsasən müvafiq modullar üzrə aparılmasını, ehtiyatların yaradılmasını və satınalmaların müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
  • İTRİ-nin cari və proqnoz planlarının hazırlanması, məlumatların SAP BPC moduluna tələb olunan müddətdə daxil edilməsi və müvafiq dəyişikliklərin aparılması işlərini həyata keçirmək;
  • Mədaxil və məxaric sənədlərinin təhvilinə riayət edilməklə hesabatların tərtib edilməsini təmin etmək;
  • Avadanlıq, alət, ehtiyyat hissələri, fərdi mühafizə vasitələri, xüsusi geyim və ayaqqabı, dəftərxana ləvazimatları və digər mal-materialların alınmasında, həmçinin müqavilələrin bağlanılmasında iştirak etmək;
  • Struktur bölmələrdən avadanlıq, alət, ehtiyyat hissələri, fərdi mühafizə vasitələri, xüsusi geyim və ayaqqabı, dəftərxana ləvazimatları, eləcə də digər mal-materiallara olan tələbata uyğun verilmiş sifarişlərin qəbulunu və vaxtlı-vaxtında alınmasını təmin etmək;
  • Verilmiş sifarişlərə müvafiq avadanlıq, alət, ehtiyyat hissələri, fərdi mühafizə vasitələri, xüsusi geyim və ayaqqabı, dəftərxana ləvazimatları və digər mal-materialların struktur bölmələrə vaxtlı-vaxtında çatdırılmasını təşkil etmək.

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 3 İl / Müvafiq sahə üzrə 3 il müvafiq sahə üzrə rəhbər
  • vəzifələrdə iş stajı
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Dürüstlük
  • Etik davranış
  • Səlahiyyətvermə
  • İşçiləri inkişaf etdirmə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Qrup liderliyi
  • Şifahi özünüifadə
  • Stresin idarə edilməsi
  • İşi təqib etmə
  • Yazılı özünüifadə
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • SAP MM
  • Əməyin təhlükəsizliyi
  • Sanitariya-gigiyena
  • Ehtiyyatların idarə olunması
  • Satınalmaların idarə olunması
  • Təchizat-malların qəbulu və bölgüsü
  • Təchizat mallarının ekspertizası
  • Daşınmalar
  • Neft sən. əm. müh. vah. idarəet. sistemi
  • Yanğın mühafizəsinin əsasları
  • İngilis dili
  • Mal-material ehtiyatları üçün limitlərin müəyyən olunması və normativlərin işlənib hazırlanma
  • qaydasını;
  • SAP ERP proqram sisteminin PP, PM, PS, SD və MM modullarının tətbiqi qaydasını;
  • Təchizat əməliyyatlarının operativ uçotunun aparılma qaydasını;
  • Mal-material və avadanlıqlar üzrə sifarişlərin tərtib edilmə qaydasını;
  • Müqavilələrin tərtibi və bağlanılması qaydalarını;
  • Dövlət satınalmalar haqqında
  • Azərbaycan Respublikasının Qanunvericiliyini;
  • SOCAR-ın Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusunu;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və
  • qaydalarını.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər