16 C
Baku
Monday, September 30, 2024

Baş məsləhətçi (İnzibati sektor) – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

0
Baş məsləhətçi (İnzibati sektor) – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Bakı
09.01.2023

Vakansiyanın təsviri

  • Agentliyə daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, qeydiyyat-nəzarət vərəqələrini hazırlamaq, sənədlərin surətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
  • elektron sənəd dövriyyəsi sistemi çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olan elektron sənədləri qəbul etmək, müvafiq dərkənarla icraçılara yönəltmək, hazırlanmış cavab məktublarının aidiyyəti üzrə göndərilməsini təmin etmək;
  • daxil olan sənədlərin müvafiq icraçı struktur bölmələri tərəfindən təhvil alınmasını təmin etmək, icranın gedişatı və nəticəsi barədə qeydiyyat-nəzarət vərəqəsində müvafiq qeydlər aparmaq;
  • icra olunmuş sənədləri struktur bölmələrindən qəbul etmək, onların icradan çıxarılmasını, aidiyyəti üzrə göndərilməsini təmin etmək;
  • icrada olan sənədlərin icra müddətinə nəzarət etmək, nəzarətdə olan sənədlərin uçotunu aparmaq;
  • sənədlər üzrə axtarış sistemlərini qurmaq və onlardan səmərəli istifadə etmək;
  • xaric olan sənədlərin tələb olunan qaydada tərtib edilməsini, göstərilən ünvanların və digər məlumatların düzgünlüyünü, vizaların tam və düzgün toplanmasını yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi struktur bölmələrinə geri qaytarmaq;
  • ünvanına çatmadan geri qayıtmış sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək üçün icraçıya vermək;
  • sənəd qovluqlarını nomenklatur siyahıya uyğun olaraq düzgün formalaşdırmaq, aidiyyəti sənədləri müəyyən olunmuş qaydada arxivə təhvil vermək;
  • Agentliyin direktoru tərəfindən təcili, xüsusi əhəmiyyətli sənədlər, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına cari nəzarəti həyata keçirmək;
  • əmr layihələrini imzalamaq üçün direktora təqdim etməzdən əvvəl onların tərtibinin düzgünlüyünü, lazımi vizaların mövcudluğunu yoxlamaq, imzalanmış əmrləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin etmək;
  • qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
  • fəaliyyəti ilə bağlı sektor müdirinə hesabatları təqdim etmək.
  • Aylıq vəzifə maaşı 675

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
  • ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
  • ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 6 yanvar 2023-cü il tarixindən 6 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
Müraciət üçün (CV)