16 C
Baku
Monday, September 30, 2024

Sektor müdiri (Elektron sənəd dövriyyəsi sektoru) – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

0
Sektor müdiri (Elektron sənəd dövriyyəsi sektoru) – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Bakı
09.01.2023

Vakansiyanın təsviri

  • sektorun fəaliyyət istiqamətləri üzrə işini təşkil edir və ona rəhbərlik edir;
  • tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;
  • sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün Dövlət Xidmətinin rəisinə təqdimatlar verir;
  • sektorun dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
  • sektorun iş planını Xidmətin rəisinə təqdim edir, müvafiq qaydada icrasına nəzarət edir;
  • aidiyyəti üzrə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak edir;
  • Xidmətin struktur bölmələrində və tabe qurumlarda sənədlərin elektron olaraq inteqrasiya edilməsini, sənəd dövriyyəsi sistemində məlumat təhlükəsizliyinin təminatını, sənədlərin vahid şəkildə idarə edilməsini və əlaqələndirilməsini təmin edir;
  • kargüzarlıqda məxfilik rejimini təmin edir;
  • Xidmətdə arxiv işinin həyata keçirilməsini təmin edir;
  • Xidmətə aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq edir;
  • elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasına ümumi nəzarəti həyata keçirir, elektron sənəd dövriyyəsinin səmərəli tətbiqi məqsədilə təhlillər aparır;
  • Xidmət rəisinin və digər müvafiq rəhbər vəzifəli şəxslərin qəbul qrafikini hazırlayır və qəbula gəlmiş şəxslərin qeydiyyatının aparılmasını təşkil edir;
  • Xidmətin struktur bölmələri tərəfindən şəxslərin təklif, ərizə və şikayətlərinə qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxılmasına və cavablandırılmasına nəzarət edir;
  • sektora aid daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
  • sektorun fəaliyyətinə aid digər vəzifələrin yerinə yetirilməsini təmin edir;
  • Dövlət Xidmətinin rəisinin tapşırığı ilə məlumatlar, hesabatlar və arayışlar hazırlayır;
  • sektorun fəaliyyəti barədə Dövlət Xidmətinin rəisinə rüblük, yarımillik, illik hesabatlar hazırlayıb təqdim edir;
  • Dövlət Xidmətinin rəisinin tapşırığına əsasən Dövlət Xidmətində yaradılan komissiyalarda, işçi qruplarında iştirak edir və ya sektoru təmsil edən digər nümayəndəni müəyyən edir;
  • Dövlət Xidmətinin rəisi tərəfindən verilmiş digər tapşırıqların icrasını təmin edir və s.
  • Aylıq vəzifə maaşı 745

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
  • ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
  • ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 6 yanvar 2023-cü il tarixindən 6 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə və s. (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları