16 C
Baku
Monday, September 30, 2024

Məsləhətçi (İqtisadi fəaliyyətin digər sahələrinin auditi sektoru) – Hesablama Palatası

0
Məsləhətçi (İqtisadi fəaliyyətin digər sahələrinin auditi sektoru) – Hesablama Palatası
Bakı
16.01.2023

Vakansiyanın təsviri

  • Təsdiq edilmiş proqramlara uyğun olaraq iqtisadi fəaliyyətlə bağlı sahələr üzrə nəzarət tədbirlərinin icrasında, həmçinin aidiyyəti struktur bölmələri ilə birlikdə kompleks nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
  • Dövlət büdcəsi ilə bağlı növbəti büdcə ili üzrə layihəyə, büdcə ili ərzində dürüstləşməyə dair Palataya təqdim edilən qanun layihələrinə nəqliyyat, rabitə və iqtisadi fəaliyyətlə bağlı sahələr üzrə aidiyyəti sənədlərin, büdcə layihələri göstəricilərinin, hesablamaların, habelə digər məlumatların təhlil edilərək Palatanın rəyinin layihəsinin tərkib hissəsinin hazırlanmasında iştirak etmək;
  • Dövlət büdcəsinin icrasının təhlili ilə bağlı müvafiq icra hakimiyyəti orqanına Palata tərəfindən dövri məlumatların verilməsi üçün şöbə və sektor üzrə üçün səlahiyyətləri və verilən tapşırıqlar çərçivəsində müvafiq hesabat və məlumatları təhlil etmək, həmin məlumatların aidiyyəti tərkib hissəsi və materiallarının hazırlanmasını təmin etmək;
  • Azərbaycan Respublikası Milli Məclisində təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı nəqliyyat, rabitə və iqtisadi fəaliyyətlə bağlı sahələr üzrə beynəlxalq müqavilələrin maliyyə təhlilinin keçirilməsində və müvafiq qanun layihələrinə nəqliyyat, rabitə və iqtisadi fəaliyyətlə bağlı sahələrinin maliyyəsi üzrə rəy verilməsinin həyata keçirilməsində iştirak etmək;
  • Palatanın fəaliyyəti ilə bağlı sərəncam mahiyyətli sənədlərin, metodiki sənədlərin, qanunvericilik aktlarının layihələrinin hazırlanmasının öz səlahiyyətləri çərçivəsində təmin edilməsi və ya aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
  • Palataya daxil olan qanunvericilik aktlarının, habelə Palata tərəfindən hazırlanmış metodiki sənədlərin və sərəncam mahiyyətli sənədlərin layihələrinin təhlilini həyata keçirmək;
  • Fəaliyyət istiqamətləri üzrə Palatanın inkişaf konsepsiyası və strateji inkişaf planlarının hazırlanmasında iştirak edilməsi və səlahiyyətləri daxilində icrasının təmin etmək;
  • Kənar dövlət maliyyə nəzarəti obyektlərindən nəqliyyat, rabitə və iqtisadi fəaliyyətlə bağlı sahələr üzrə daxil olan hesabat və məlumatların təhlilini aparmaq, şöbə üzrə iqtisadi fəaliyyətin digər sahələrinə dair kənar dövlət maliyyə nəzarəti tədbirlərinin təsdiq edilmiş proqramlar və işçi planlarına uyğun olaraq həyata keçirmək və nəticələrinin rəsmiləşdirilməsini təmin etmək;
  • Palatanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarında və metodiki sənədlərdə müvafiq dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi aktların və metodiki sənədlərin hazırlanması ilə bağlı təkliflərin verilməsi və həmin aktların hazırlanmasında iştirak etmək;
  • Fəaliyyət istiqamətləri üzrə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların ərizə və şikayətlərinə müvafiq qaydada baxılması, icrası istiqamətində zəruri tədbirlərin görmək;
  • Şöbə müdirinin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanın dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil etmək;
  • Hesablama Palatasının rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrasının təmin etmək;
  • Şöbənin fəaliyyəti barədə illik hesabatın hazırlanması və hazırlanmasında iştirak etmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş digər vəzifələrin yerinə yetirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 yanvar 2023-cü il tarixindən  13 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
  • Əmək haqqı: 1240 AZN

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, informasiya təhlükəsizliyi, nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNETDƏN istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA2

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları