Bakı
19.01.2023
Vakansiyanın təsviri
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olmasını, effektivliyini və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Proseslərin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Zəruri hallarda müəssisənin daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək və dəyişiklik prosesində iştirak etmək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək və idarə olunması üzrə təkliflər vermək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək;
Xüsusi tələblər
- İqtisadiyyat, maliyyə yaxud hüquq sahəsində ali təhsil;
- Daxili audit, risklərin idarə olunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
- Kredit əməliyyatları ilə bağlı iş təcrübəsi arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
- Regionlarda yerləşən filiallara istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor, Bank və BOKT işçisi |