Şirvan
24.01.2023
İşin təsviri:
- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
- Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işlənilməsi;
- Əmək haqqının hesablanması üzrə işlərin icra edilməsi;
- İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icra edilməsi;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Bölmənin gündəlik fəaliyyəti ilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, mühəndislik, psixologiya sahələri üzrə ali təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə dair biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kadr işinin təşkili, sənədləşmə və hesabatların tərtib edilməsinə dair biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur. Son müraciət tarixi: 06.02.2023
İşin aid olduğu sahə
Kateqoriya | İnsan Resursları (HR) |