7 C
Baku
Thursday, December 12, 2024

Aparıcı/Baş auditor – AFB Bank

0
Aparıcı/Baş auditor – AFB Bank
Bakı
26.01.2023

Vakansiyanın təsviri

  • Bank üzrə audit planının hazırlanması barədə təkliflər verir,
  • Audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini və yoxlamasını aparır,
  • Bankda olan risklərin idarə edilməsi işini daima təhlil və təftiş edir,
  • Normativ-hüquqi aktların, bankdaxili prosedurların icrası vəziyyətinin auditini aparır və ona edilmiş əlavə və dəyişikliklərə nəzarət sistemlərinin adekvatlığı nöqteyi-nəzərdən rəy bildirir,
  • Xərclərin səmərəliliyinin qiymətləndirilməsi işinin vəziyyətini təhlil və təftiş edir,
  • Auditin nəticələri,verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatları tərtib edir və icrasına nəzarəti həyata keçirir,
  • Qeyri-səmərəlilik, hadisələr və işdə ləngimələr barədə daxili auditə məlum olan məlumatlar və Bank üçün əhəmiyyət kəsb edən müşahidələr barədə birbaşa rəhbəri məlumatlandırır,
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq təcrübədə qəbul olunmuş digər vəzifələri həyata keçirir.

Xüsusi tələblər

  • Ali iqtisadi və ya riyazi təhsil,
  • Bank auditi sahəsində 2-3 illik təcrübə,
  • Azərbaycan dili – mükəmməl, ingilis və rus dili – yaxşı səviyyədə bilmək,
  • Audit tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
  • Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
  • Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
  • Maliyyə hesabatları üzrə təhlil etmə bacarığı, mühasibat yazılışları haqqında bilklər,
  • MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
  • Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər,
  • Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor, Bank və BOKT işçisi