Bakı
30.01.2023
- Əmək haqqı: 1934 AZN
Vakansiyanın təsviri
- Marketinq sahəsi üzrə SOCAR-ın və “Azneft” İstehsalat Birliyinin vahid siyasətini həyata keçirmək, inkişaf perespektivlərinin hazırlanmasında iştirak etmək;
- Sənədləşmə və kargüzarlıq işlərinin müəyyən olunmuş qaydalara uyğun həyata keçirilməsinə riayət etmək və şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə təşkilatlarla yazışmalar aparmaq;
- İllik marketinq planını hazırlamaq və işlərini ona uyğun qurmaq;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Müəssisənin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə, məhsul və xidmətlərin reklamını təşkil etmək;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarət və təhlilini aparmaq.
- Müştəri bazasını genişləndirmək;
- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə etmək;
- SOCAR-ın mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq;
- Müştərilərdən gələn sorğuları cavablandırmaq;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icrasını təmin etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Xüsusi tələblər
- Ali bakalavr / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə
- Dürüstlük
- Etik davranış
- Peşəkarlıq
- Şifahi özünüifadə
- Məsuliyyət
- Nizam-intizam
- İdarəetmə
- Qərarvermə
- Təşəbbüskarlıq
- İşi təqib etmə
- Danışıq aparma
- Sosiallıq
- Planlama və təşkiletmə
- Microsoft Excel
- Microsoft Outlook
- Microsoft PowerPoint
- Microsoft Word
- Bilməlidir Marketinqin əsas prinsiplərini;
- Müvafiq sənaye sahəsi üzrə marketinq məlumatlarının mənbələrini;
- Onlayn rejimdə marketinq üsulları, elektron poçt vasitəsi ilə kampaniyalar və s. haqqında məlumatları;
- Azərbaycan Respublikasının marketinq və satınalmalar üzrə müvafiq Fərmanlarını, Sərəncamlarını,
- Qərarlarını və digər qanunvericilik aktlarını;
- Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi qaydalarını;
- Kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
- Kargüzarlıq, sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |