Bakı
30.01.2023
Vəzifə öhdəlikləri:
- Maliyyə alətlərinin fundamental və texniki analizinin aparılması
- Müştərilərə qiymətli kağızlar bazarında yaranmış yeni investisiya imkanları haqqında məlumatların təqdim edilməsi;
- Müştəri bazasında follow-uplar etmək.
- Şirkət məhsulları barəsində müştərilərə ətraflı, dolğun məlumat verilməsi.
- Komanda ilə birlikdə satış hədəflərinə çatmaq.
- Mövcud müştəri əlaqələrinin idarə edilməsi.
Namizədlərə aid əsas tələblər:
- Maliyyə, mühasibatlıq, biznes və ya əlaqəli sahədə ali təhsil. Magistr təhsili arzuolunandır;
- Maliyyə bazarlarının iş prinsipi ilə bağlı biliyə malik olmalıdır;
- Qiymətli kağızlar bazarı və investisiya şirkəti fəaliyyətinə dair biliklər;
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
- Ən son maliyyə xəbərlərindən xəbərdar olmaq;
- Rus və ingilis dillərində iş aparmaq qabiliyyəti;
- Güclü analitik bacarıqlar;
- Məsuliyyətlilik və operativlik.
Maraqlanan şəxslər elektron məktub başlığında “Maliyyə bazarları üzrə analitik” qeyd etməklə öz CV-lərini bu email adresinə göndərə bilərlər. [email protected]