23 C
Baku
Sunday, September 29, 2024

Maliyyə Planlaması və Təhlili Şöbəsinin aparıcı mütəxəssisi – “Azərbaycan Sənaye Korporasiyası” ASC

0
Maliyyə Planlaması və Təhlili Şöbəsinin aparıcı mütəxəssisi – “Azərbaycan Sənaye Korporasiyası” ASC
Bakı
01.02.2023
İş barədə məlumatFunksional vəzifələr:
– Müəssisənin illik büdcə planının, rüblük proqnozlarının və müvafiq balans, mənfəət və zərər, pul hərəkəti hesabatlarının hazırlanması
– Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi
– Müvafiq struktur bölmələrin və törəmə müəssisələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi
– Təqdim edilmiş büdcə və proqnozların təhlili
– Büdcənin icrasına mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi
– Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi
– Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi
– Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi
– Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət
– Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işlər
– Əmək haqqı -1440 azn

Namizədə tələblərMüvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır)
– Maliyyə planlaması, büdcə, maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi
– Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək
– Yüksək səviyyədə Azərbaycan dili biliyi;
– Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzu olunandır)
– Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı
– ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı
– Statistik və riyazi biliklər
– Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı
– Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
– ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzu olunandır

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları