Bakı
02.02.2023
Vəzifə öhdəlikləri:
- Biznes/maraqlı tərəflərdən tələblərin toplanması
- Müştəri/biznes komandası ilə tələbləri başa düşmək üçün müzakirələrin aparılması.
- Biznes tələblərini aydınlaşdırmaq üçün müvafiq sualları vermək.
- Lazım gəldikdə, biznes prosesinin sənədləşdirilməsi.
- Müddətlər və tapşırıqların planlaşdırılması
- Biznes tələbi və ya SRS əsasında layihəni modullara və tapşırıqlara bölünməsi.
- Müxtəlif qiymətləndirmə üsullarına əsaslanaraq modullar/tapşırıqlar üçün təxmini vaxtın müəyyən edilməsi.
- Başlanğıc və bitmə tarixlərini əks etdirən hər bir modul və tapşırıqdan ibarət layihə planı və işlərin ardıcıl bölgüsünün hazırlanması.
- Verilənlər bazasının yaradılması və fərdi modulların yenilənməsi
- Modulları/tapşırıqları müəyyənləşməsi və verilənlər bazası dizaynlarının hazırlanması.
- Fikirləri komanda üzvləri ilə müzakirə edilməsi və maraqlı tərəflərdən razılıqların alınması.
- Kodlaşdırma, Sazlama, Vahid Testin, Kodların və Tətbiqin Sənədləşdirilməsi
- Yaxşı standart təcrübə və qaydalara uyğun olaraq, işlərin ardıcıl bölgüsündə qeyd olunan vaxt çərçivələrində hər modulu/funksionalın kodlanması.
- Debug və vahid kod/modulun test edilməsi.
- GIT versiya nəzarət alətindən istifadə edilməsi.
- Komanda yoldaşları ilə paylaşmaq üçün kodların və tətbiqin sənədləşdirilməsi.
- Müştəri/biznes komanda ilə paylaşılacaq olan fərdi modul/kodlar üçün istifadəçi təlimatlarını hazırlanması.
- Ən son Angular və Node versiyasında təcrübəyə malik olması.
- Service-based/Component based arxitekturlar haqqında məlumatlı olmalı
- Layihənin real mühitə yüklənməsi və Baxımı
- Test ssenarilərinin hazırlanması
- Real mühitə hər hansı yükləmə etməzdən əvvəl bütün test ssenarilərinə uyğun yoxlamaların aparılması.
- Təhlükəsizlik yamaqları mövcud olduqda onların yenilənməsi.
Bacarıqlar və Biliklər:
- Angular, NodeJS ilə minimum 3 illik proqramlaşma təcrübəsi.
- HTML / CSS / Javascript / Bootstrap haqqında yaxşı anlayış və təcrübə.
- SQL və NoSQL verilənlər bazası sxemlərinin dizaynı ilə bağlı təcrübəyə malik olmalıdır
- Web Services / REST API ilə təcrübə.
- Linux-da işləmə bacarığı və Linux-da proqram təminatının yüklənməsi bacarığı olmalı
- CI/CD üzrə təcrübə faydalı olardı.
Texnologiyalar / Alətlər:
- Languages/Frameworks: Angular, Node JS, Express JS, JavaScript, HTML5, CSS.
- Database: MongoDB, MySQL.
- Tools: Git, Visual Studio Code .
- Operating System: CentOS/Windows.
Qeyd: Namizərlərin hazırladıqları layihələrlə tanış olmaq üçün müraciətlərində keçidlərin(url) əlavə edilməsi xahiş olunur
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Angular + Node JS Developer” başlığı ilə göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |