1 C
Baku
Saturday, December 14, 2024

Biznes analitik – PASHA Life

0
Biznes analitik – PASHA Life
Bakı
03.02.2023

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 19 fevral 2023

Vəzifə Öhdəlikləri:

  • Çalışdığı komandada məhsul və proseslərin optimallaşdırılması yönündə təhlillər aparmaq;
  • Məhsul və proseslərin hazırlanması və təkmilləşdirilməsi zamanı müştərilər və əlaqəli tərəflərlə davamlı görüşlər keçirmək, müştəri rəylərini toplamaq, təhlil etmək və təkmil həllər hazırlamaq;
  • Prosesləri vizuallaşdırmaq, asılılıqları üzə çıxarmaq, vaxt və enerji itkisinə gətirən bəndləri proseslərdən çıxarmaq;
  • Məhsul və proseslərin hazırlanması və təkmilləşdirilməsi zamanı xərc-gəlir təhlliləri aparmaq, gördüyü işlərin effektini ölçmək;
  • Komandaya məhsul və proseslərlə bağlı texniki sənədlər (istifadəçi və texniki səviyyədə) və həllərin aydın şəkildə ötürmək;
  • Komanda tərəfindən görülmüş işləri istifadəyə təqdim etmədən öncə test planları və test ssenariləri hazırlayıb keyfiyyətə əmin olmaq;
  • Məhsul və proseslərin hazırlanması zamanı potensial riskləri öncədən görmək, nəzərə almaq, daxili qayda və prosedurlarla uyğunluğuna əmin olmaq;
  • Məhsul və proseslərin hazırlanması zamanı innovativ həllərin tapılması və tətbiqinə nail olmaq;
  • Bölmənin görüşləri zamanı digər biznes analitiklərlə uğurlu təcrübələri paylaşmaq, onların təcrübələrini öyrənmək və tətbiq etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes proseslərin, layihələrin idarə edilməsi, maliyyə və ya sığorta sektorunda keyfiyyətə nəzarət, IT analitika sahələri üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya İT ixtisasları üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta.
  • Üstünlüklər: 
  • İT sahəsi üzrə sertifikasiya və ya dərəcələrin olması;
  • Maliyyə sektorunda biznes proseslərinin idarəedilməsi üzrə və ya İnformasiya texnologiyaları sahəsində(proqramlaşdırma) analitik kimi ən azı bir il iş təcrübəsi;
  • ERP proqramlarından istifadə sahəsində təcrübə arzuolunandır;
  • Arxitektura növü (Rest/Soap);
  • Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli;
  • Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olması;
  • Layihə və Startup təcrübə;
  • Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib.
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, ərəfdaşlarla işləmə, innovativ həll yollarının araşdırılması, biznes proseslərinin analizi

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta