Bakı
07.02.2023
Vakansiyanın təsviri
- Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
- Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
- Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
- ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
- XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
- Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
- Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
- Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
- Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması.
- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.
Xüsusi tələblər
- Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
- Bank işi üzrə 1 illik iş təcrübəsi;
- Rus dilini yaxşı bilməli, İngilis dilini bilməsi üstünlükdür;
- Microsoft Office proqramlarını bilməli;
- Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
- Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
- Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
- Analitik problem həlletmə bacarığı olmalı.
- İş rejimi: 10:00-22:00 ( qanunvericiliyə uyğun qrafiklə çalışılır)
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |