Bakı
15.02.2023
Kvalifikasiya üzrə tələblər:
- Ali Təhsilli;
- Müştəri Xidmətləri sahəsində (şikayətlərin həlli, problemli müştərilərlə iş sahəsinə üstünlük verilir) minimum 2 il əmək stajına malik olmalı;
- Azərbaycan dilini mükəmməl bilməlidır, Rus və İngilis dilləri arzuolunandır;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Stressə davamlı olmalıdır;
- İnsanları inandırmaq vasitələrini bilməlidir;
- Müştərini diqqət mərkəzində saxlamalıdır;
- Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
- Müştərilərin müraciətlərinin həll olunmasına təşəbbüs göstərməlidir;
- Şikayət və Müraciətlərə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
- Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarını mükəmməl bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
Vəzifə öhdəlikləri:
- Şikayət və Müraciətlərlə İş Şöbəsi üzrə mütəxəssis fəaliyətini “Müraciətlərin həlli prosesi” eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparımalıdır;
- Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qayda, Prosses, Prosedur, Daxili normativ aktların tərtibatında və mövcüdların təkmilləşdirilməsində iştirak etməlidir;
- Şikayət və Müraciətlərlə İş Şöbəsi üzrə mütəxəssisin əsas öhdəlikləri:
- Müxtəlif kanallardan daxil olan şikayət və müraciətləri növündən asılı olaraq qruplaşdırmaq;
- İlkin araşdırmadan sonra aidiyyəti üzrə yönləndirmək;
- Aidiyyəti şöbələrdə araşdırmanın şəffaf aparılması və müştəri məmnuniyyətinin qorunmasına nəzarət etmək;
- Şöbələr tərəfindən təqdim edilən cavabları dəqiqləşdirdikdən sonra standart cavablar hazırlamaq;
- Müraciətləri təyin olunmuş zaman çərçivəsində cavablandlrmaq;
- Departamentinin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərməlidir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirməlidir.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- iş vaxtı: 09:00 – 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Şikayət və Müraciətlərlə İş şöbəsi üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]
Son müraciət tarixi 28.02.2023.