Bakı
21.02.2023
Azal Club
Satış və marketinq şöbəsinin mütəxəssisi
Son tarix 20 mar 2023 – [email protected]
Namizədə tələblər:
- Təhsil:Ali
- Yaş həddi: 24-35;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
- Azərbaycan və rus dilləri yüksək, ingilis dili yaxşı səviyyədə olmalı;
- Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Loyallıq proqramı ilə iş təcrübəsi üstünlükdür.
Namizədə tələblər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək;
- Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq;
İş barədə məlumat:
- Müştərilər üçün təklif paketlərinin hazırlanması;
- Şirkətlərlə korporativ danışıqların aparılması;
- Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması;
- Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
- Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların şöbə müdirinə təqdim edilməsi;
- Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən proqnozlaşdırılması.
Əlavə məlumatlar:
- Əmək haqqı: 850 AZN + bonus
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
- Korporativ nömrə və danışıq balansı, görüş üçün nəqliyyat xərcləri.
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Marağında olan namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış və marketinq şöbəsinin Mütəxəssisi” sözlərini qeyd edərək e-ünvanına göndərmələri xahiş olunur.