11 C
Baku
Wednesday, December 11, 2024

Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis – Azintelecom

0
Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis – Azintelecom
Bakı
22.02.2023

Vakansiya: Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

– Aylıq, rüblük, illik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması;
– Şirkət rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə hazırlanması;
–  Rəhbərlik və digər strukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
– Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsində iştirak;
–  Maliyyə hesabatlılığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılmasında iştirak;
–  Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
–  Büdcələmə və planlama prosesində iştirak və büdcənin icrasına aylıq nəzarət;
–  Xərcləri nəzarətdə saxlamaq məqsədilə müxtəlif alətlər və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilməsi;
–  Kənar audit yoxlama prosesində iştirak və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
– Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması.
Tələb olunun biliklər:
–  İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil;
– Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 3-5 il iş təcrübəsi;
– MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
– Yaxşı səviyyədə ingilis dili biliyi;
–  CPA, CIMA, ACCA, CFA sertifikatları (və yaxud təhsili) üstünlükdür;
– Təqdimetmə bacarığı, analitik məntiqi düşünmə tərzi, komandada işləmək qabiliyyəti.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər