12 C
Baku
Wednesday, December 11, 2024

Kreditorlar üzrə Mühasib – AGRO-VEST RETAIL

0
Kreditorlar üzrə Mühasib – AGRO-VEST RETAIL
Bakı
22.02.2023

İşçiyə qoyulan tələblər:

  • Kompüterdə sərbəst işləmək bacarığı;
  • Mühasibatlıq və vergi bilikləri;
  • Təhsil-Ali (maliyyə və muhasibatlıq sahəsi üzrə);
  • İş təcrübəsi- 2 ildən çox;
  • Yaş-25-35;

Vəzifə öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin, ciddi hesabat blanklarının düzgün hazırlanmasını yoxlamaq;
  • Ehtiyyat hissələri, mal material, yanacaq və sair xərclərinin sahələr və məhsullar üzrə düzgün bölgüsünün aparılmasını və mühasibat uçotu hesablarında onların hərəkətini yoxlayır;
  • Kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlayır;
  • Vaxtı keçmiş kreditor borcları müəyyən edərək hesabatın hazırlanması və onların ödənilməsi üçün ödəniş planının hazırlanması;
  • İş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu yoxlayır;
  • Malsatan və podratçılardan daxil olan mal-alış sənədlərinin İMB-na düzgün daxil olunmasını yoxlayır;
  • Alınmış qısamüddətli borcların mühasibat uçotu hesablarında düzgün əks etdirir;
  • Malsatan və podratçılara geri qaytarılan malların düzgünlüyünü yoxlayaraq qaytarmalar üzrə sənədləşmələri həyata keçirir;
  • Malsatan və podratçılardan alınmış avansları müəyyən etmək və onlara mal və ya xidmətlərin təqdim olunması üçün tədbirlərin vaxtında görülməsi üçün rəhbərliyə məlumat vermək;
  • İcarə üzrə kreditor borcları sənədlərinin İMB-na düzgün daxil olunması və mühasibat uçotunda düzgün əks etdirilməsi;
  • Xərclərin təsnifatını və allokasiyasını düzgün müəyyən edərək mühasibat uçotunda düzgün əks etdirilməsi;
  • Dövriyyə qalıq cədvəlinin kreditor qalıqlarının yoxlanılması və tələb olunan halda düzəlişlərin verilməsi;
  • Dövriyyə qalıq cədvəlinin kreditor qalıqları üzrə aylıq balans izahlarının hazırlanması;
  • Tələb olunan xərclərə dair mal material silgi aktlarının və xidmətlərin təhvil təslim aktlarının olub olmamasını yoxlamaq və olmadığı halda müvafiq tədbirlər görmək;
  • Sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini təmin edir;
  • Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların hesablanmasını və ödənilməsini yoxlayır.

İş şərtləri:

  • Stabil iş
  • İcbari sığorta
  • Əmək haqqı: 1200 AZN;
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş vaxtı:  9.00 – 18.00
  • İstirahət günləri: Şənbə və Bazar günü.

Maraqlanan namizədlər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “Kreditorlar üzrə Mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). [email protected]

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.