Bakı
24.02.2023
Vakansiyanın təsviri
- İnvestisiya fürsətlərinin və investisiya qoyuluşu layihələrinin təhlilinin müvafiq maliyyə modelləri (NPV, IRR və digər modellər) yaratmaqla həyata keçirilməsi;
- AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinə və müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə (bundan sonra – portfel şirkətləri) maliyyə idarəetməsi sahəsində metodiki dəstək göstərilməsində iştirak;
- Portfel şirkətləri tərəfindən təqdim edilən qiymətləndirmə modelləri, layihə planları və investisiya memorandumlarının yoxlanılması və təhlili;
- Layihələrin prioritetləşdirilməsi və kapital qoyuluşu büdcələrinin təhlili və tərtibi;
- Potensial portfel şirkətlərinin alınması və birləşdirilməsi (M&A) üzrə layihələr çərçivəsində araşdırma və təhlil proseslərində iştirak;
- İnvestisiyalara uyğun təqdimatların, tövsiyə yazılarının və memorandumların hazırlanması prosesində iştirak;
- Portfel şirkətlərinin fəaliyyət istiqamətləri üzrə maliyyə hesabatlarının təhlili;
- Portfel şirkətlərinin korporativ maliyyə sahəsində hüquqi aktlar, texniki norma və qaydalar, sahənin inkişafına yönəldilmiş proqramlar, inkişaf konsepsiyalarının və digər sənədlərin layihələrinin işlənib hazırlanmasında iştirak
Xüsusi tələblər
- Ali təhsil (mühasibat uçotu, maliyyə və s. əlaqəli sahələr);
- Böyük dördlük (Big4) şirkətlərində (və ya digər qabaqcıl konsaltinq şirkətlərində) korporativ maliyyə, şirkətlərin qiymətləndirilməsi, maliyyə modelləşdirilməsi, investisiyalar sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Texniki-iqtisadi əsaslandırmalar üzrə biliklər;
- Maliyyə modelləşdirilməsi və şirkətlərin qiymətləndirilməsi üzrə praktiki biliklər;
- MS Office proqramlarında səlis işləmək bacarığı (mükəmməl Excel bacarıqlarına üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (CFA, ACCA, CIMA, CPA və s.) malik olan şəxslərə üstünlük verilir;
- Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |