Bakı
01.03.2023
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək .
İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)
Təhsil: Ali iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili
Vəzifə öhdəlikləri:
- Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
- Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
- Debitor borcların üzləşmələrinin aparılmasına nəzarət və rəhbərliyə dövri hesabatların təqdim edilməsi;
- Müştərilərə vergi hesab fakturaların zamanında göndərilməsinin təmin edilməsi;
- Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
- Anbarda faktura nəzarəti komandasının işinə nəzarət və təkmilləşdirilməsinə dəstək vermək;
- Debitor borcların müqavilə şərtlərinə uyğun zamanında ödənilməsinə nəzarət və iri müştərilər ilə müzakirələrin aparılması;
- SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
- Komanda üzvləri ilə bilik və təcrübənin paylaşıması və onların peşəkar inkişafına dəstək olmaq;
- Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
- Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.
Tələblər:
- MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
- Rus və inglis dili bilikləri üstünlükdür
- Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
- Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
- Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
- SAP proqramında işləmək bacarığı üstünlükdür.
- ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
- Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Debitorlar üzrə Şöbə müdiri” yazaraq ünvanına göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |