Bakı
04.05.2023
Təsvir:
- Müqavilələrin və digər hüquqi sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi, o cümlədən cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və proseslərin tərtib edilməsində iştirak etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Müqavilələrin reyestrinin aparılması;
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
- Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların izlənməsi və dəyişikliklər barədə məlumatlı olmaq; qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırılması
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
- Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
- Cəmiyyətin müxtəlif məhkəmə instansiyalarında nümayəndə qismində təmsil edilməsi;
- İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Nəzarət orqanlarının qərarlarının icrasına nəzarət etmək;
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
- Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
- İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək; qanun pozuntusuna dair məlumatların toplanması və müvafiq orqanlara təqdim edilməsi üçün hazırlanması
- Rəhbərlik tərəfindən həvalə edilən digər hüquq xarakterli tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (hüquq sahəsi üzrə), magistratura pilləsi təqdir olunandır;
- Dil bilikləri: Azərbaycan, rüs – mükəmməl səviyyədə; ingilis dili yaxşı səviyyədə;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
- Hüquqşünas vəzifəsində minimum 5 il iş təcrübəsi, kommersiya təşkilatlarında təcrübəli olan namizədlərə üstünlük verilir;
- Azərbaycan Respublikasının Konstitusiyası, Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, digər normativ hüquqi aktlar üzrə bilik
- İşgüzar yazışma əsaslarını bilmək, qrammatik yazı qabiliyyəti yüksək olan namizədlər üstünlük verilir;
- Sahəsinə aid olan sənədləri tərtib etmə bacarığı.
- Komandada işləmə bacarığı olan;
- Aktiv, məsuliyyətli, işində dəqiq olan namizədlər.
Vakansiyaya müraciət üçün https://hr.mktcotton.com/az/job/bash-huquqshunas/apply bu linkə müraciət edə və ya [email protected] email adresindən istifadə edə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |