20.06.2023
Vakansiyanın təsviri
- Sığortanın tətbiqi zamanı bütün mərhələlərdə risklərin müəyyənləşdirilməsi, təhlili və nəzarət mexanizmlərinin tətbiqi;
- Risklərin qiymətləndirilməsi və resursların proqnozlaşdırılmasına dair hesablama modellərinin hazırlanması, hesablama və proqnozlaşdırılmaların aparılması;
- Risklərin idarəolunması (minimallaşdırılması və qarşısının alınması) ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nazarət;
- Aktuar hesablamalar aparmaqla sığorta haqlarının, həmçinin sığorta ehtiyatlarının hesablanması;
- Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Mövcud risklər üzrə risk matrix və xəritələrinin hazırlanması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Risk reyestrinin hazırlanması, qiymətləndirilməsi və cavab tədbirlərinin müəyyənləşdirilməsi;
- Xidmətlər zərfinin ölkənin sosial-iqtisadi, demoqrafik göstəriciləri və maliyyə resursları nəzərə alınaraq tarif və xidmət istiqamətli yenilənməsi təkliflərinin verilməsi;
- Yarımillik risk hesabatlarının hazırlanması.
Xüsusi tələblər
- Ali təhsil;
- İqtisadi, maliyyə, riyazi, risklərin idarə olunması və statistik sahədə bilik və bacarıqlar;
- Risklərin idarəolunması sahəsində minumum 1 illik iş təcrübəsi;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Xarici dil biliyi (xüsusilə ingilis dili);
- Analitik düşüncə, hesabatların, təqdimatların hazırlanması bacarıqları;
- Ofis proqramları üzrə biliklər.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |