7 C
Baku
Thursday, December 12, 2024

Əmək haqqı hesablanması üzrə mütəxəssis – PASHA Malls

0
Əmək haqqı hesablanması üzrə mütəxəssis – PASHA Malls
Bakı
20.06.2023

Vakansiyanın təsviri

  • Təyin olunmuş işçi qrupu üçün bütün əmək haqqı əməliyyatlarının dəqiq və vaxtında yerinə yetirilməsini təmin etmək üçün iş davamlılığını idarə etmək;
  • Təsdiq edilmiş davamlılıq cədvəllərini nəzərdən keçirmək və dəqiqliyini müəyyənləşdirmək;
  • İşçilərin əmək haqqı köçürülməsi prosesinin qanunvericiliyə və qaydalara uyğun olmasını təmin etmək;
  • Bütün məhkəmə kəsintilərini, nağd avansları və digər xüsusi əmək haqqı kəsintilərini izləmək və yerinə yetirmək;
  • İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək üçün əmək haqqı, BFHR, maliyyə və xronometraj işçiləri arasında koordinasiyaya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylaşılması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.);
  • İşçilərin müraciətləri əsasında İllik əmək haqqı arayışlarının hazırlanması;
  • Əmək haqqı, şirkətin kadrlar büdcəsi və xərcləri haqqında müvafiq departamentlərə hesabatlar üçün məlumatları hazırlamaq;
  • Əmək haqqı və vaxt cədvəlinin auditi işlərində köməklik etmək;
  • İşçilərin əmək haqqı ilə bağlı sorğularına vaxtında cavab vermək;
  • Birləşdirilmiş hesabatın hazırlanması (DSMF, İGV, işsizlik və icbari tibbi sığorta);
  • Sosial, analıq, və xəstəlik müavinətləri üçün DSMF-ə müraciət etmək;
  • Həyat Sığortası və Həyat Yığım Planı təminatçıları və işçilər arasında əlaqəndirici şəxs kimi çıxış etmək.

Xüsusi tələblər

  • Maliyyə, biznes idarəçiliyi və ya əmək münasibətləri kimi onlara yaxın bir sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Ən azı 4-5 il əmək haqqı hesablanması üzrə iş təcrübəsi;
  • İnsan Resursları sistemləri və proqram təminatı üzrə praktiki biliklər. SAP biliklərinə sahib olmaq bir üstünlükdür;
  • Müəyyən olunmuş bir müddət ərzində araşdırma və təhlil edərək, məntiqi qərarları vermək bacarığı;
  • Əmək qanunvericiliyini və əmək haqqı prosesini dərindən başa düşmək;
  • Vergi və əmək haqqı qanunlarını dərindən bilmək;
  • Ümumi maliyyə prosedurlarını yaxşı başa düşmək;
  • Eyni zamanda müxtəlif işlər ilə məşğul ola bilmək və təşkilatçılıq bacarıqları;
  • İngilis və Azərbaycan dillərində səlis danışmaq;
  • Yaxşı Microsoft Office bacarıqları (Word, Excel, Power Point);
  • Fiziki olaraq kompüterin qarşısında oturaraq uzun saatlarla işləyə bilmək
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər