Bakı
21.06.2023
Vəzifə öhdəlikləri:
- Audit fəaliyyət planına uyğun olaraq audit yoxlamalarında iştirak edir;
- Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirir;
- Biznes proseslərin daxili qayda, prosedur və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini müəyyən edir;
- Nəzarət mexanizmlərində mövcud olan boşluqları müəyyən edir və tapıntılar üzrə təsdiq edici sənədləri təmin edir;
- Müəyyən olunan daxili nəzarət uyğunsuzluqları və risklər barədə rəhbərinə şifahi və ya yazılı məlumat verir;
- Audit yoxlamalarının nəticələrini sənədləşdirir;
- Auditin nəticələrinə dair hesabat hazırlanmasında iştirak edir;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinq edilməsində iştirak edir;
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə);
- Audit, mühasibatlıq, əməliyyatlar, biznes analizi sahələrində ən azı 1 il iş təcrübəsi;
- ACCA üzrə sertifikatları olanlara ustünlük veriləcək;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Komanda yoldaşları və digər işçi heyəti ilə effektiv fəaliyyət göstərmək bacarığı;
- MS Office proqramlarını bilməsi (MS Excel və Power BI proqramlarını yüksək səviyyədə bilənlərə üstünlük veriləcək);
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili (arzuolunandır);
- Dəqiqlik, detallara fikir vermək, konfidensial ola bilmək;
- Ölkədaxili ezamiyyət etmək imkanı;
İş şəraiti:
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 5 günlük, 09:00-18:00
Tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsində “Kiçik auditor” qeyd etməyiniz xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |