Bakı
22.06.2023
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqaməti üzrə illik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;
- Audit yoxlamalarının planlanması, aparılması və müvəffəqiyyətli icrasını təmin edir;
- Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirir;
- Biznes proseslərin daxili qayda, prosedur və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini müəyyən edir;
- Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil edir və risklərinin qiymətləndirilməsini həyata keçirir;
- Risklərin azaldılması və uyğunsuzluqların aradan qaldırılması üçün səmərəliləşdirici tövsiyələr verir;
- Auditin nəticələrinə dair hesabatlar hazırlayır;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planını monitorinq edir;
- Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak edir;
- Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;
- Daha az təcrübəyə malik daxili audit şöbəsinin əməkdaşlarının inkişafında iştirak edir və onların fəaliyyətini qiymətləndirir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar və təqdimatlar hazırlayır;
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3-5 il iş stajı;
- Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
- Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
- Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
- CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Komanda daxilində fəaliyyət göstərmək və komandaya rəhbərlik etmək bacarığı;
- MS Office proqramlarını yüksək səviyyədə bilmək;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili (arzuolunandır)
- Ölkədaxili ezamiyyət etmək imkanı;
İş şəraiti:
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 5 günlük, 09:00-18:00
Tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsində “Böyük auditor” qeyd etməyiniz xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |