Bakı
23.06.2023
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- İnsan resurslarının kadr kargüzarlığı sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
- Ofis proqramlarını yaxşı səviyyədə bilmək;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Çeviklik, punktuallıq, problem həll etmə, rəsmi-işgüzar üslubda yazı və yaxşı səviyyədə analitik bacarıqlar;
- Xarici dil bilikləri arzuolunandır;
- İxtisası üzrə sertifikatların olması arzu olunandır.
Görəcəyiniz işlər:
- Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr əmrlərinin (ezamiyyət, xitam, məzuniyyət, əlavə istirahət günü və s) rəsmiləşdirilməsini, o cümlədən əmək müqavilələrinin hazırlanması və ona dəyişiklik edilməsi üzrə proseslərinin icra edilməsi;
- İşçilərin şəxsi işlərinin qanunvericiliyə müvafiq qaydada hazırlanması və onlara nəzarət;
- Agentliyin işçilərinin davamiyyətinə nəzarət edilməsi, davamiyyət hesabatının hazırlanması, davamiyyət cədvəlinin və hesabat formasının daimi olaraq yenilənməsi;
- Əmrlərin, ərizələrin, təqdimatların, müqavilələrin, digər zəruri sənədlərin və məlumat reyestrlərinin qeydiyyat və uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
- Məzuniyyət cədvəllərinin tərtib edilməsi, məzuniyyətlərin verilməsinin uçotunu aparılması, məzuniyyətdən vaxtında və tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət;
- Əmək kitabçalarının qeydiyyatını, düzgün doldurulmasını və təhvil-təsliminin təmin edilməsi;
- Şöbənin elektron və kağız daşıyıcıda olan fayllarının illik arxivlənməsi;
- Müraciət olunduqda işçilərə arayış və xasiyyətnamələrin hazırlanması və təqdim edilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan analizlərin aparılması və effektiv hesabatlılığın təmin edilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy st. 170.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 17.07.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |