Bakı
09.10.2023
Əsas vəzifə öhdəlikləri:
- İnformasiya texnologiyaları sahəsində müxtəlif səviyyələrdə layihələrin və təşkilati-idarəetmə fəaliyyətlərinin hüquqi təminatı;
- informasiya texnologiyalarının yaradılması və istifadəsi ilə bağlı biznes problemlərinin səmərəli həlli;
- proseslərin avtomatlaşdırılması, müqavilələr üçün konstruktorlar və ya qanuni iddiaları avtomatik tərtib edən sxemin yaradılması;
- informasiya texnologiyaları sahəsində ekspert və konsaltinq fəaliyyəti;
- müəlliflik hüququ sahəsində müqavilələrin hazırlanması;
- rəhbərliyə və işçilərə hüquqi məsələlər üzrə məsləhətlərin verilməsi;
- bazara daxil olan startapların dəstəklənməsi;
- əqli mülkiyyət hüquqlarının qeydiyyatı;
- şirkətin əqli mülkiyyət hüquqlarının pozulmasından qorunması, məxfi məlumatları saxlayan İT sistemlərinin inkişafına dəstək;
- əqli mülkiyyətin monitorinqi, lisenziyalaşdırılması və mühafizəsi istiqamətində hüquqi problemlərin həlli;
- əqli fəaliyyətin nəticələrinə hüquqların qeydiyyatında iştirak: prosedurun müəyyən edilməsi, məlumatların toplanması, patent müvəkkillərinə göndərilməsi;
- məlumatların mühafizəsi üzrə daxili sənədlərin hazırlanması;
- yeni biznes modelləri üçün hüquqi arxitekturanın inkişafı;
- risklərin idarə edilməsinin və əməliyyatların strukturlaşdırılması – risklərin müəyyən edilməsi və aradan qaldırılması yollarının işlənib hazırlanması;
- İT müqavilələri üzrə danışıqların aparılması;
- informasiya texnologiyaları ilə bağlı mübahisələrdə iddia işlərinin aparılması ;
- komandadaxili mübahisələrin həlli;
- müqavilələrin, yerli aktların (rəhbərlərin əmrləri, iştirakçıların qərarları və s.), etibarnamələrin standart formalarının hazırlanması;
- sifarişli (şablonsuz) sənədlərin hazırlanması;
- məktubların, iddiaların, məhkəmələrdə təmsilçiliyin hazırlanması və göndərilməsi;
- kontragentlər tərəfindən müqavilələrə və ya onların formasına görə müqavilələrə edilən dəyişikliklərin razılaşdırılması;
- korporativ sənədlərin hazırlanması: nizamnamələr, iclas protokolları, qaydalar, tələb olunarsa onların Dövlət Vergi Xidmətində qeydiyyatı;
- tənzimləyici orqanlarla işləmək, yoxlamalarda iştirak etmək;
- daxili insidentlərin araşdırılmasında iştirak etmək;
- qanunvericiliyin monitorinqi;
- hüquqi məsələlərlə bağlı şirkət rəhbərliyinə və işçilərinə məsləhətlər vermək;
- vergi, məhkəmə və digər dövlət orqanlarında şirkətin maraqlarını təmsil etmək.
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Ali hüquq təhsili
- Ən azı 5 il peşəkar iş təcrübəsi
- Rus, İngilis (və digər) dillərini bilməsi
- Mülki, kommersiya, inzibati, əmək, maliyyə, vergi və digər qanunvericilik sahələri
- Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydası
- İnformasiya bazalarından və hüquqi xidmətlərdən istifadə etmə bacarığı
- Rəqəmsal texnologiya qanunvericiliyinin əsaslandırılması bacarığı
- Rəqəmsal sahədə hüquqi riskləri adekvat qiymətləndirmək bacarığı
- Əqli mülkiyyət və informasiya texnologiyaları sahəsində yerli və xarici qanunvericilik bilikləri
- Hüquqi biliklərin praktikada səmərəli şəkildə tətbiq etmə bacarığı
- Hüquqi informasiya xidmətləri və məlumat bazaları ilə işləmək bacarığı
- Müasir rəqəmsal cihazların və xidmətlərin texniki xüsusiyyətlərinin hüquqi problemlərin həlli proseslərinə təsirini başa düşmək
- Yeni rəqəmsal texnologiyaların geniş tətbiqi ilə bağlı tənzimləyici riskləri qiymətləndirmək bacarığı
- Müqavilə işlərinin təşkili və hüquqi təminatı üzrə bacarıqlar
- İşgüzar ünsiyyət etikası
- danışıqlar və şifahi təqdimat texnikası
- məhkəmə ritorikasının texnikası
- hüquqi fəaliyyətdə məlumatların toplanması, saxlanması, axtarışı və emalı üçün informasiya texnologiyalar
- Mübahisələri bacarıqla həll etmə.
Üstünlük verilən bacarıq və keyfiyyətlər:
- İT məhsullarının xüsusiyyətləri və onların layihələndirilməsi
- SQL və digər məlumat analitik alətlərindən istifadə edərək böyük həcmli məlumatı təhlil etmə və strukturlaşdırma
- İnvestorlarla əlaqələr sahəsində təcrüb
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 06 noyabr 2023-cü il tarixinədək mövzu hissəsində “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır. [email protected]