7 C
Baku
Thursday, December 12, 2024

Maliyyə direktoru – ATS Feed

0
Maliyyə direktoru – ATS Feed
Bakı
20.11.2023

Əsas vəzifə və öhdəliklər:

  • Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir
  • Direktorunun tapşırıqlarını icra edir
  • Şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir
  • Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir
  • Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir
  • Büdcə proqnozlarının icrasına nəzarət edir
  • Büdcə proqnozlarının hazırlanmasını və qaydalara uyğun vaxtında təsdiq edilməsinə nəzarət edir
  • Büdcə proqnozlarına dəyişikliklər edilməsini təmin edir
  • Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir
  • Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir
  • İFRS Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir
  • Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır
  • Maliyyə şöbəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir
  • Şirkətin idarəetmə orqanları tərəfindən Əmək qanunvericiliyinə uyğun ona həvalə edilən digər səlayihətləri həyata keçirir
  • Şirkətin səlahiyyətli idarəetmə orqanları tərəfindən Maliyyə şöbəsinə həvalə olunan digər işlərə rəhbərlik edir

Vəzifə səriştələri:

  • Planlama və Təşkilatçılıq
  • Risklərin idarəedilməsi
  • Hesabatvermə
  • Hədəf
  • Stresə davamlılıq, səbrlilik
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik
  • Qiymətləndirmə bacarığı
  • Maliyyə hesabatları üzrə bilgilər

Vəzifədən gözləntilər:

  • Kvalifikasiyalar: ACCA
  • Təhsil səviyyəsi: Ali
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis-dili (yaxşı)
  • Kompyuter bilikləri: Word (yaxşı) Excel (əla) 1C ERP (əla)
  • İş təcrübəsi: 5-10 il İstehsalat təcrübəsi
  • Ezamiyyət tələbləri: Balakən, Ağdaş hər ay
  • Fiziki tələblər: Yoxdu
  • İş şəraiti:
  • İş qrafiki: 5 günlük
  • İş ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri “Abşeron Taxıl” MMC
  • Qeyd:Uyğun görüləcək namizəd “ATS FEED” MMC-nin və “Azəryem Sənaye” MMC-nin Maliyyə direktoru təyin ediləcək.

Maraqlananlar öz CV formalarını e-mail ünvanına məktubun mövzu bölməsində, “Maliyyə direktoru” qeyd etməklə göndərə bilərlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə