9 C
Baku
Thursday, December 12, 2024

Baş mühasib – A – Group Insurance Company

0
Baş mühasib – A – Group Insurance Company
Bakı
20.11.2023

Əmək funksiyaları:

  • Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkili və nəzarəti;
  • Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməsi;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarəti;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əsas fondların inventarizasiyasının aparılmasına nəzarəti;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibatlıq sənədlərin düzgün hazırlanmasına nəzarət etmək.

Tələblər:

  • İqtisadiyyat sahəsində ali təhsil və sığortaçıda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması,
  • Və yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili sığortaçıda olmaqla) olması mütləqdir,
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı olmalıdır,
  • İnsure.az və MS proqramlarının sərbəst istifadəçisi olmalıdır,
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri arzuolunandır),
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli.

İş Şəraəti:

  • İş rejimi: 5 günlük, 09.00-18.00
  • İş yeri: Bakı şəh., Nəsimi ray., R.Behbudov 87A
  • Tibbi sığorta qarşılanır.
  • Əmək haqqı: qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq.

Maraqlanan şəxs CV-ni, mövzuda BAŞ MÜHASİB qeyd etməklə mail ünvanına göndərə bilər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib, Sığorta