13 C
Baku
Sunday, September 29, 2024

Proseslərin optimallaşdırılması şöbəsinə Böyük məsləhətçi – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

0
Proseslərin optimallaşdırılması şöbəsinə Böyük məsləhətçi – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Bakı
08.12.2023

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (Tibb, Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat, Beynəlxalq münasibətlər)
  • İdarəetmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis dili – arzuolunandır.

Bacarıqlara dair tələblər:

  • Analitik təhlil və problemləri həll etmə bacarıqları
  • Tədqiqat və təqdimat bacarıqları
  • Nəticəyönümlülük
  • Verilmiş tapşırıqların son icra tarixinə həssaslıq
  • Ünsiyyətcil

İşin təsviri:

  • TƏBİB aparatında fəaliyyətlərin təşkilinin mütəmadi olaraq dəyərləndirilməsi və yeni yanaşmaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
  • TƏBİB tabeli tibb müəssisələrində fəaliyyətlərin mütəmadi olaraq dəyərləndirilməsi və proseslərin təkmilləşdirilməsi üçün həll təkliflərinin verilməsi;
  • Tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması üzrə təhlil və təkliflərin təqdim edilməsi;
  • Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması və təhlil edilməsi;
  • Proses xəritəsi və layihələrin icrası üzrə müvafiq tapşırıqların yerinə yetirilməsi;
  • İcra olunan proseslər üzrə təhlil hesabatlarının şöbə müdirinə təqdim edilməsi.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Proseslərin optimallaşdırılması – Böyük məsləhətçi” qeyd olunmalıdır;
  • CV-lər 22 dekabr, 2023-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqədə iştirak üçün dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər