Vakansiyanın təsviri
- Sumqayıt şəhərindən, “20 Yanvar”, Neftçilər və Həzi Aslanov metrostansiyalarından, Badamdar, Lökbatan, Bakıxanov, Zabrat, Günəşli və Mərdəkan qəsəbələrindən xidməti avtobusla iş yerinə çatdırılma təmin olunur.
- Növbəti il üçün görüləcək işlərin həcmi, tələb olunacaq dəniz və hava nəqliyyatı vasitələrinə dair struktur bölmələrdən daxil olan məlumatlara baxılmasını və araşdırılmasını həyata keçirmək;
- Cari il üzrə olan məlumatlarla planlaşdırılan məlumatların müqayisəli təhlilinin aparılması (aylıq, rüblük, illik və göstərişə uyğun müvafiq dövr üçün) və yekun məlumatlar əsasında proqnozun hazırlanmasını təmin etmək;
- Növbəti il üçün görüləcək işlərin həcmi, tələb olunacaq dəniz və hava nəqliyyatı vasitələrinə dair proqnozun aidiyyəti üzrə göndərilməsini təmin etmək;
- Sifarişə uyğun olaraq dəniz və hava nəqliyyatı vasitələrinə olan tələbatın təhlil edilməsi:
- Gündəlik verilən sifarişə əsasən əvvəlcədən müəyyən edilmiş dislokasiyalar üzrə araşdırılmasını təmin etmək;
- Sifarişdə dəniz və hava nəqliyyatı vasitələrinin növü, yükün çəkisi, sərnişinlərin sayı, tələbin məqsədi, tarixi, vaxtı və qeyd olunan digər məlumatların araşdırılmasını təmin etmək;
- Sifariş məktubunun layihəsinin hazırlanmasını təmin etmək;
- Dəniz və hava nəqliyyatı vasitələrinin tipi və təyinatına uyğun olaraq istismara götürülməsi üçün telefonoqram və sifarişin hazırlanmasını təmin etmək;
- Müvafiq Təşkilatla əlaqə saxlanması, dəniz və hava nəqliyyatı vasitələrinin tipinə, təyinatına uyğun olaraq təyin olunmuş dislokasiya və marşrutlar üzrə göndərilməsini təmin etmək;
- Təşkilat daxili struktur bölmələr tərəfindən dəniz nəqliyyatı vasitələrinin sutka ərzində fəaliyyətinin hesabatı (məhsuldar və q/məhsuldar vaxtlar), hava nəqliyyatı barədə gündəlik hesabatların verilməsini təmin etmək;
- Dəniz və hava nəqliyyatı vasitələrinə dair sifariş sənədlərinin və hesab fakturaların işlənmiş saatlara uyğun yoxlanması, araşdırılması və təhlillərin aparılmasını təmin etmək;
- Dəniz və hava nəqliyyatı vasitələri üzrə xərclər barədə arayış və hesabatların hazırlanmasını təmin etmək;
- Təşkilatda dəniz və hava nəqliyyatı vasitələrinin iş rejiminə düzgün riayət edilməsi və səmərəliliyin artırılması üzrə tədbirləri həyata keçirimək;
- Dəniz və hava nəqliyyatı vasitələrinin bütün xidmətlər və bölmələr üzrə fəaliyyətinin istiqamətləndirilməsini təmin etmək;
- Nəqliyyatdan istifadənin effektivliyinin təmin olunması üzrə təşkilati tədbirlərin işlənib hazırlanmasını təmin etmək;
- Təhlükəli yüklərin qanunvericiliyə müvafiq qaydada daşınmasına nəzarət etmək; • Nəzərdə tutulmayan (fors – major) təxirəsalınmaz işlərin görülməsi üçün dəniz və hava nəqliyyatı vasitələrinin sifarişinin hazırlanmasını təmin etmək.
Xüsusi tələblər
• Nəqliyyatın idarə olunması;
• Dəniz nəqliyyatı vasitələrinin və helikopterlərin texniki xarakteristikalarını, əsas konstruktiv xüsusiyyətlərini, təyinatını, yük və sərnişin tutumunu və s.;
• Dəniz nəqliyyatı vasitələrinin meteoroloji şəraitə uyğun davamlığını;
• Dəniz nəqliyyatı vasitələri və helikopterlərlə daşımaların planlaşdırılması qaydalarını;
• Neft-qaz yataqlarının dəniz özüllərinin və sahil yanalma, yükləmə və boşaltma körpülərinin yerləşməsini;
• Barjın (özüyeriməyən və ya yedəyə alınan gəmi, kərəcə) istismarı;
• Əməyin təhlükəsizliyi;
• Sanitariya-gigiyena;
• Yanğın mühafizəsinin əsasları.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |