Vakansiyanın təsviri
• Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
• Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
• Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
• Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
• Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli.
• Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
Xüsusi tələblər
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 22 – 35
- Dil bilikləri: Azərbaycan dili- yüksək səviyyədə (rus dili, ingilis dili bilməsi üstünlükdür;)
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |