Bakı
02.04.2024
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta, həyatın yaşam sığortası və digər tutulmaların hesablanması və ödənilməsi;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanılması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işlənməsi;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
- İşçilər üçün bank kartlarının sifarişi
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Rəhbərliyin digər əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- ACCA F2, F3 imtahanları üzrə sertifikat arzuolunandır;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- Azərbaycan dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
- Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
- 1C mühasibat proqramında sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
İş şəraitimiz:
- İş qrafiki : 5 günlük;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Əmək haqqı: (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən olunur)
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərməkləri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |