12 C
Baku
Wednesday, December 11, 2024

Hüquqşünas – Azericard

0
Hüquqşünas – Azericard
Bakı
09.04.2024

Tələblər:

  • Ali hüquq təhsili;
  • Dillər: Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Əməkdaşlıq, məsuliyyətlilik, düzgün analiz bacarıqları, təşəbbüskarlıq, planlaşdırma və təşkiletmə bacarıqları;
  • Korporativ hüquq sahəsi üzrə təcrübə;
  • Minimum 2 il iş təcrübəsi

Vəzifə:

  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
  • Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarının hazırlanaraq təqdim edilməsi;
  • Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Şirkətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi;
  • Tapşırığa uyğun olaraq Şirkətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda hüquqi arayış və məlumatların hazırlaması;
  • İclaslar üzrə Protokolların hazırlanması;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
  • Daxil olan müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə cavablandırılmasının təşkili;
  • Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili;
  • Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.

Namizədlərdən CV-i “Hüquqşünas” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq