13.06.2024
Sinteks Şirkətlər qrupuna hal-hazırda IT Direktor tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu İT infrastrukturunun idarəedilməsindən ibarətdir.
Vəzifə öhdəlikləri:
- İT əməliyyatlarının qaydalar çərcivəsində aparılmasına və İT heyyətin işinə nəzarət edir.
- Şirkətin İT strategiyasını müəyyənləşdirir.
- Şirkətin bütün İT infrastrukturunu, o cümlədən proqram və aparat vasitələrini, bütün növ rabitə vasitələrini, internet kanallarını və s. idarə edir.
- Biznes və texnologiya ehtiyaclarıni müəyyən edir və İT resurslarından səmərəli istifadəni təmin edir.
- İT Departamentin illik büdcəsini hazırlayir və idarə edir.
- İT işçiləri istiqamətləndirir, təlimatlandırır və təlimlər keçir.
Təhsil:
- İT, Mühəndislik və ya müvafiq sahədə ali təhsil
- İT sahəsində müvafiq sertifikatlar və ya kvalifikasiyalar arzuolunandır
Təcrübə:
- İT sahəsində ən azı 10 il iş təcrübəsi
- İT sahəsində rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi
- Pərakəndə satış sahəsində İT vəzifələrində iş təcrübəsi üstünlükdür
Professional biliklər:
- Şirkətin rəqabət üstünlüklərini dəstəkləmək üçün İT vasitələrini ən yaxşı şəkildə necə tətbiq etmək barədə peşəkar biliklər
- Təşkilatdakı biznes prosesləri və ümumi idarəetmə prinsiplərinin anlayışı
- İT infrastrukturunun strateji idarəçiliyi üzrə biliklər
- Layihənin idarə olunması üzrə biliklər
- Şirkətin İT infrastrukturunun xarici İT resursları ilə qarşılıqlı əlaqəsini idarə etmək bacarığı
- Biznes administrasiyası üzrə biliklər
- Ən son texnologiya konsepsiyaları və tətbiqləri haqqında yüksək səviyyədə biliklər
- Səlis İngilis dili
Professional bacarıqlar və kompetensiyalar:
- İT layihələrinə rəhbərlik etmək və idarə etmək bacarığıİdarəetmə bacarığı
- Şəbəkə avadanlıqlarını effektiv şəkildə tənzimləmək bacarığı
- Liderlik
- Problem həll etmə
- Strateji düşüncə
- Ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “IT Direktor” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |