9 C
Baku
Thursday, December 12, 2024

Biznes proseslərinin idarəedilməsi üzrə kiçik mütəxəssis – Milla Dairy

0
Biznes proseslərinin idarəedilməsi üzrə kiçik mütəxəssis –  Milla Dairy
Bakı
20.06.2024

İşin təsviri

Namizədin vəzifə öhdəlikləri:

  • Rəhbərliyin təqdim etdiyi iş planına uyğun olaraq şirkətin biznes proseslərinə, işin düzgün təşkil edilməsinə nəzarət etmək ,monitorinq aparmaq və  proseslərdə baş vermiş dəyişikliklərə müvafiq lazımi sənədləri yeniləmək
  • Şirkət daxilində aparılan biznes proseslərini hazırlanmaq
  • Biznes proselərinin monitorinqi zamanı riskləri təyin etmək;

Namizədə tələblər:

  • Ali təhsil ( Maliyyə, İdarəetmə, İqtisadiyyat)
  • Risklərin idarəedilməsi və biznes prosesləri üzrə nəzəri biliklər
  • Mükəmməl səviyyədə Azərbaycan , yaxşı səviyyədə İngilis dilli (Rus dili arzuolunandır)
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı
  • Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq

İş şərtləri:

  • İş yeri: Hökməli qəsəbəsi (Bakı-Şamaxı şos.15-ci km.)
  • İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
  • Könüllü tibbi sığorta, korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “ Biznes proseslərinin idarəedilməsi üzrə kiçik mütəxəssis ”  qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər